...

İnzibati xəta dövlət informasiya sistemləri vasitəsilə aşkar edildikdə icraat hansı qaydada aparılacaq?

Cəmiyyət Materials 20 May 2025 12:00 (UTC +04:00)
İnzibati xəta dövlət informasiya sistemləri vasitəsilə aşkar edildikdə icraat hansı qaydada aparılacaq?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnzibati xəta dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə icraatın aparılması qaydaları müəyyənləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Məcəllədə nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılacaq.

İnzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş qaydada “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunacaq, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron 35 protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılacaq və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək.

Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilən inzibati xəta haqqında elektron protokolda aşağıdakı məlumatlar göstərilir:

  • protokolun tərtib edildiyi tarix və vaxt;
  • inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı;
  • inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar;
  • barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs haqqında (soyadı, adı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) və hüquqi şəxs haqqında (adı, VÖEN-i, hüquqi və faktiki ünvanları) məlumatlar;
  • inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği;

Dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarda aşağıdakılar göstərilir:

  • qərarın çıxarıldığı tarix və vaxt;
  • inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanın və həmin qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı;
  • inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar;
  • barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayıŞ yeri və olduğu yer, doğum tarixi, fiziki şəxs işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, vəzifəli şəxsə münasibətdə habelə vəzifəsi);
  • inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
  • inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumatlar;
  • inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətin verilməsi qaydası və müddəti.

Dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda barəsində inzibati icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır.

Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi qeyd olunan inzibati cəriməni həmin protokol barədə məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab ediləcək.

Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi 10 gün müddətində cəriməni ödəmədikdə həmin protokol baxılması üçün iki gün müddətində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə göndəriləcək.

İnzibati xəta haqqında elektron protokol tərtib edildikdə və yaxud inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunacaq.

Вarəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödəyə biləcək.

Qanun qəbul ediləcəyi təqdirdə, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti