...

Ermənistan xüsusi xidmət orqanlarına casusluqda təqsirləndirilən İqbal Əbilova hökm oxunub

Cəmiyyət Materials 20 May 2025 12:23 (UTC +04:00)
Ermənistan xüsusi xidmət orqanlarına casusluqda təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovun məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti