...

Uşaqlara zorakılıq halı ilə bağlı 816 müraciət daxil olub (FOTO)

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
Uşaqlara zorakılıq halı ilə bağlı 816 müraciət daxil olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2010-2024-cü illərdə Uşaq Qaynar Xətt Xidmətinə ümumilikdə 75600, 2024-cü ildə isə 3635 zəng daxil olub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, zənglərin 145-i şəhər telefonundan, 2617-si mobil nömrədən, 873-ü sosial platformalardan (Instagram, Facebook, Gmail, veb-sayt) daxil olub.

Müraciətçilərin 618-i psixoloji, 290-ı təhsil, 364-ü sosial, 1090-ı hüquqi, 73-ü səhiyyə və 1200 digər zənglər olub.

İl ərzində daxil olan zənglərin 1236-sı kişi (34%), 1999-u qadın, (55%) 400-ü isə naməlum (anonim) (11%) şəxslər tərəfindən edilib.

Müraciət edənlərin 2799 nəfəri böyük, 436 nəfəri kiçik və 400 nəfəri naməlum (anonim) olub. Daxil olan 400 zəng naməlum (anonim) olduğu üçün yaşı təyin edilməyib.

18 yaşına qədər olan müraciətlərin yaş kateqoriyasına görə təsnifatının təhlili göstərir ki, 10 yaşa qədər 39 nəfər, 11-14 yaş arası 201 nəfər, 15-18 yaş arası 196 nəfər olub.

2024-cü il ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 816 zorakılıq halı (237-psixoloji, 343-fiziki, 19-cinsi, 217 etinasızlıq) ilə bağlı müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti