Bakı.Trend:
Sərnişinlər bir çox hallarda ətraf ərazilərə hərəkət edən avtobusların qiymətlərindən şikayətlənir. Şəhərətrafı istiqamətdə hərəkət edən avtobuslarda qiymət fərqinin olmasına səbəb nədir?
Mövzu ilə bağlı Trend-ə cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda isə tariflər məsafəyə görə dəyişir:
“Ölkədə müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 30 iyun 2024-cü il tarixində qəbul edlən qərara əsasən, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında məsafəyə görə dövrün uzunluğunun yarısı 15 kilometrdən azdırsa, gediş haqqı 50 qəpik, 15 km-dən 30 km-dək gediş haqqı 60, 30 km-dən 40 km-ə qədərdisə 70 qəpik təşkil edir", - deyə məlumatda qeyd olunub.