Bakı. Trend:
Mayın 21-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6300, 4700, 2766, 2167, 1056, 1000, 624, 600, 450, 387, 300, 170, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində bildirilib.
Müraciətdə bildirilib ki, naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olmaq tövsiyə edilib,
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.