Bakı.Trend:
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 15 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.