Bakı. Trend:
“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı aşağıdakılardır:
1. “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs.
2. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs və onun tabeliyindəki “Kommunal Laboratoriyalar” Məhdud Məsuliyyətli Cəmiyyəti.
3. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs.
4. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.