...

Bu işçilər tədris kurslarına göndəriləndə onlara orta əməkhaqqı verilməyəcək

Cəmiyyət Materials 23 May 2025 12:09 (UTC +04:00)
Bu işçilər tədris kurslarına göndəriləndə onlara orta əməkhaqqı verilməyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallara dair dəyişiklik edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Təklif edilən dəyişikliyə əsasən, hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılmayacaq.

Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti