Bakı. Trend:
Bəzən imtahandan maksimal bal toplayan abituriyetlər də bizə şikayət edirlər.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bunlar nədən narazıdılar görəsəsən. Maksimal bal almaqları da bizim günahımızdır? Elə adamlar var ki, vərəqi boş verir, elələri də var ki, yazdıqları oxunmur, amma biz şikayət edib deyə məcbur açıb oxuyuruq"- deyə o əlavə edib.