...

UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 23 May 2025 12:40 (UTC +04:00)
UNEC-də Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “BİRİM” – Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik adlı innovativ forum keçirilib.

Tələbə rektor Nihad İsgəndərovun təşəbbüsü ilə təşkil olunan forumun əsas məqsədi gənclərə müasir dövrdə biznesin rəqəmsallaşması, süni intellekt texnologiyalarının inkişafı, startap ekosistemləri və intellektual əməkdaşlıq sahələrində yeni baxışlar qazandırmaq olub.

Nihad İsgəndərov forumun açılışında çıxış edərək bildirib ki, tədbir çərçivəsində iştirakçılar müasir biznes və texnologiya dünyasının ən son trendləri ilə tanış olmaq, müxtəlif sahələr üzrə tanınmış ekspertlərlə birbaşa ünsiyyət qurmaq və gələcək əməkdaşlıqlar üçün mühüm şəbəkələr formalaşdırmaq imkanı əldə edəcəklər.

Sonra peşəkar spikerlər öz təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. 44 Group şirkətinin rəhbəri Rüstəm Baxışəliyev “Süni intellekt çağında gənc sahibkar olmaq: İdeyadan uğura gedən yol” mövzusunda çıxış edərək gənc sahibkarlara real bazar şəraitində uğura aparan strateji yanaşmalar və texnoloji imkanlardan danışıb. Süni intellekt mütəxəssisi Ümid Salay isə “Yaradıcı süni intellektin həyatımızdakı rolu” mövzusunda çıxışı ilə süni intellekt texnologiyalarının gündəlik həyata və yaradıcılığa təsirindən bəhs edib. İnnovasiyalar Mərkəzinin Layihələrin İdarəedilməsi Departamentinin direktor müavini Zinəddin Babayev “Biznes innovasiyaları və rəqəmsal layihələrdə yeniliklərin anlayışı” mövzusunda çıxışı ilə müasir biznes mühitində innovasiyaların tətbiqi və rəqəmsal layihələrin idarə olunması sahəsində praktiki məlumatlar təqdim edib. Rəqəmsal marketinq üzrə mütəxəssis Anar Rüstəmli “Data əsaslı marketinq – avtomatlaşdırılmış gələcək” adlı təqdimatında data analitikası və avtomatlaşdırılmış marketinq texnologiyalarının gələcək marketinq strategiyalarındakı rolunu vurğulayıb. Forumun digər spikeri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin startap ekosisteminin quruculuğu şöbəsinin müdiri Camal Ağayev “Süni intellekt və biznesin yenidən qurulması: İnnovasiya və kooperasiya ilə yeni imkanlar” mövzusunda çıxış edərək startap mühitində süni intellektin tətbiqi və innovativ əməkdaşlıqların önəmini diqqətə çatdırıb.

“BİRİM” forumundakı spikerlərin süni intellekt, innovasiya, marketinqdən bəhs edən təqdimatlarını tələbələr böyük maraql dinləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti