...

Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə rəyi təsdiqlənib

Cəmiyyət Materials 23 May 2025 15:13 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 23-də Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.

Bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.

Bildirilib ki, İclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilərək təsdiqlənib və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, iclasda Hesablama Palatasının fəaliyyəti ilə bağlı gündəlikdə dayanan digər məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti