...

"Anadolu Ankası - 2025" təlimi başa çatıb (VİDEO)

Cəmiyyət Materials 23 May 2025 16:42 (UTC +04:00)
"Anadolu Ankası - 2025" təlimi başa çatıb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2025" (Anatolian Phoenix - 2025) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təlimdə keçirilən "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.

İştirakçılara təlimin gedişatı barədə statistik məlumatlar verilib, beynəlxalq axtarış-xilasetmə təliminə həsr olunmuş qısametrajlı videogörüntü təqdim edilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda beynəlxalq təlimə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib.

Sonra Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib.
Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qardaş ölkədə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimində Azərbaycan HHQ-nin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti