Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti dəfə ənənəvi könüllü qanvermə aksiyasını həyata keçirib.
“Talassemiyasız həyat naminə” devizi ilə baş tutan aksiya 22 may
2025-ci il tarixində Səhiyyə Nazirliyi Milli Hematologiya və
Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı ilə əməkdaşlıq
çərçivəsində təşkil olunub.
Aksiyanın əsas məqsədi cəmiyyətin diqqətini irsi qan
xəstəliklərinə, xüsusilə də talassemiyaya yönəltmək, bu
xəstəliklərlə mübarizə aparan insanlara dəstək göstərmək və ölkədə
könüllü donor mədəniyyətini təşviq etmək olub. Qanvermə tədbiri
"PAŞA Bank" ofisində keçirilib və bankın rəhbər heyəti ilə yanaşı,
bir çox əməkdaş aksiyada könüllü donor kimi iştirak edərək sosial
məsuliyyət nümunəsi göstəriblər.
“PAŞA Bank” gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirərək,
sağlam və dayanıqlı cəmiyyətin qurulmasına töhfə vermək
əzmindədir.