Bakı. Trend:
İslama hücum mahiyyət etibarilə bütün dinlərə edilən hücumdur.
Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində baş tutan panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, islamofobiya qlobal təhlükəsizliyə təhdiddir.
“İslama bəzən güclü terroizm aktı kimi baxılır. İslamofobiya ilə mübarizə dərin şəkildə aparılmalı, onun kökləri araşdırılmalıdır. Ölkələrin müsbət təcrübələrindən yararlanmalıyıq ki, Azərbaycanda da bu modeli təşviq edə bilək.
Bu gün bütün dinlərin nümayəndələri Azərbaycanda özünü rahat hiss edirlər. Ölkıdə islamofobiya ilə mübarizədə ciddi işlər görülür. Ermənistan işğalı dövründə Azərbaycanın xeyli sayda dini abidələr məhv edilib", - deyə R.Məmmədov qeyd edib.