Bakı. Trend:
Yelo Bank bu il də regionun qadın liderliyinə həsr olunmuş ən
böyük tədbiri — "SHE Congress 2025"in əsas tərəfdaşı oldu. Konqres
bu dəfə “Beyond Now – Creating What Lives On” (Bu Gündən Kənar –
Gələcəyə Qalanı Yaratmaq) mövzusu ilə qadınların şəxsi və peşəkar
inkişafı üçün aktual mövzular ətrafında müzakirələrə ev sahibliyi
etdi.
Fərqli sahələrdə uğurları ilə seçilən 500-dən çox yerli və xarici
iştirakçının qatıldığı tədbirdə, qadın liderlərin qarşılaşdıqları
çağırışlar, innovativ yanaşmalar və inklüzivliyin biznesə verdiyi
töhfələr əsas diqqət mərkəzində oldu.
Yelo Bank-ı tədbirdə İdarə Heyəti sədr müavini Günay Cəlilova
təmsil edib. O, öz açılış nitqində biznesdə qadın liderliyinin
gücləndirilməsi, uğur üçün davamlı inkişafın vacibliyindən söz
açıb. Günay xanım qeyd edib ki, biznesdə və karyerada ən vacib
prinsiplərdən biri tək uğurla kifayətlənməmək, davamlı inkişaf və
yeniliklərə açıq olmaqdır. Bundan başqa bilik və təcrübələrimizlə
başqalarına mentorluq edərək, dəstək zənciri yarada bilərik ki, bu
özü də davamlı inkişafın təzahürüdür.
Tədbir ilhamverici çıxışlar, uğur hekayələri və səmərəli
şəbəkələşmə imkanları ilə yadda qalıb. Eyni zamanda Yelo Bank
tərəfindən təşkil olunan püşkatma çərçivəsində bəzi iştirakçılar
qabaqcıl bank məhsullarını hədiyyə qazanıb.
Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyasının əsas
sütunlarından biri kimi bərabərlik, müxtəliflik və inklüzivliyi
dəstəkləyir. Bank inanır ki, qadınların gücləndirilməsi daha
dayanıqlı cəmiyyət və daha güclü iqtisadiyyatın formalaşmasına
aparan vacib addımdır. Bu səbəbdən Yelo Bank gələcəkdə də qadın
liderliyini təşviq edən təşəbbüslərin yanında olacaq.
Yelo Bank
kredit şərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!