Bakı. Trend:
Şükürlər olsun ki, bu gün öz ata-baba yurdumuza qayıdırıq.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Elza Babayeva deyib.
Onun sözlərinə görə, 32 il öncə doğma diyarı tərk etmək məcburiyyətində qalıb.
"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz onların sayəsində doğma yurdumuza qayıdırıq",- deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.