...

Avtobuslarla bağlı məlumatlar “Map AYNA”da

Cəmiyyət Materials 27 May 2025 15:26 (UTC +04:00)
Avtobuslarla bağlı məlumatlar “Map AYNA”da
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi yenilənib və funksionallığı artırılıb.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, ictimai nəqliyyat barədə rəqəmsal informasiya “ayna.gov.az” internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanır. Hazırda qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Belə ki, sərnişinlər dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görürlər.

Bununla yanaşı, sərnişinlər platformada yer alan “Rəy bildirin” funksiyasından istifadə etməklə marşrut xətti barədə təkliflərini və şikayətlərini də qeyd edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti