...

Dövlət qeydiyyatına alınan hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb - Nazir müavini

Cəmiyyət Materials 27 May 2025 15:38 (UTC +04:00)
Dövlət qeydiyyatına alınan hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik mühərrikli və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb.

Trend xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov "Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda bu gün Bakıda keçirilən ictimai müzakirədə deyib.

O qeyd edib ki, respublika üzrə dövlət qeydiyyatında olan ümumi nəqliyyat vasitələrinin 1 909 873 ədəddir.

"Onlardan elektrik mühərrikli 6974, hibrid mühərrikli isə 83 351 ədəddir. Bakı şəhərində dövlət qeydiyyatdan olan ümumi nəqliyyat vasitələrinin sayı 804 223 ədəddir. Elektrik mühərrikli 5 812, hibrid mühərrikli 57 530 ədəddir", - nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti