...

Gənclərin dayanıqlı inkişafda iştirakını genişləndirmək üçün bilik və təcrübə mübadiləsi vacibdir - Vladanka Andreyeva

Cəmiyyət Materials 27 May 2025 16:16 (UTC +04:00)
Gənclərin dayanıqlı inkişafda iştirakını genişləndirmək üçün bilik və təcrübə mübadiləsi vacibdir - Vladanka Andreyeva
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərin dayanıqlı inkişafda iştirakını genişləndirmək üçün bilik və təcrübə mübadiləsi vacibdir.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimində deyib.

“Müasir dünyada akademik azadlıq və elm getdikcə daha çox şübhə və təzyiqə məruz qaldığından gənclərin tənqidi düşünmək, elmi müzakirələrdə iştirak etmək və tədqiqat nəticələrini rəhbər orqanlara çatdırmaq imkanlarını təmin etmək üçün yeni tədqiqat istiqamətlərinin inkişaf etdirilməsi və dəstəklənməsi son dərəcə vacibdir.

V. Andreyeva həmçinin, gənclərin dayanıqlı inkişafa daha geniş qoşulması baxımından bilik və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, tədqiqat mərkəzinin açılması, informasiya və xəbərlərin toplanması və paylaşılması imkanı, eləcə də tədqiqat qrantları şəklində maliyyələşmənin təmin olunması unikal bir fürsətdir.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, səfirlər, BMT-nin Azərbaycandakı qurumlarının nümayəndələri və əməkdaşları, həmçinin tanınmış alim və tədqiqatçılar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti