Bakı. Trend:
Hərbi qulluqçu Xudaverdi Sadıqovun minanın partlaması nəticəsində xəsarət alması ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Trend-ə Hərbi Prokurorluğun mətbuat katibi Firad Əliyev məlumat verib.
"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır", - məlumatda bildirilib.