...

Həyata keçirdiyimiz sosial layihələrin 75%-i ətraf mühitlə bağlıdır - bp

Cəmiyyət Materials 30 May 2025 10:24 (UTC +04:00)
Həyata keçirdiyimiz sosial layihələrin 75%-i ətraf mühitlə bağlıdır - bp
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Həyata keçirdiyimiz sosial layihələrin 75%-i ətraf mühitlə bağlıdır.

Trend xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

"Bizim Azərbaycandakı fəaliyyətimiz 30 ildən artıq bir dövrü əhatə edir və bu dövr ərzində ölkənin iki ən vacib, ən strateji neft-qaz yataqlarının idarə olunması operatorluğu bp şirkəti tərəfindən emal olunub", - bp rəsmisi qeyd edib.

O bildirib ki, onlar hər zaman bu etibarın məsuliyyətini dərk edirlər.

"Çalışırıq ki, neft-qaz sahəsindəki fəaliyyətimizlə yanaşı, eyni zamanda, cəmiyyətin sosial həyatında da müəyyən qədər öz layihələrimizlə iştirak edək. Yəni 30 ildən artıq fəaliyyət göstəririk və bundan sonra ən azı daha 25 il fəaliyyət göstərəcək bir şirkət olaraq cəmiyyətin həyətində iştirak etməyə çalışırıq.

Bu fəaliyyətimiz dövründə həyata keçirdiyimiz sosial layihələrin, çox böyük qürurla deyə bilərəm ki, 75%-i ətraf mühitlə bağlıdır. Eyni zamanda, orta biznesinin dəstəklənməsi ilə bağlı layihələr var, zəngin milli, mədəni, tarixi dəyərlərimizin təbliği ilə bağlı layihələrimiz var və s.

Amma bütün bu istiqamətlərin əsas toplandığı bir ortaq istiqamət təhsil layihələridir ki, təhsil sahəsində
çox fərqli istiqamətlə məktəbəqədər təhsil, ümumi təhsil, inklüziv təhsil, peşə təhsil, ali təhsil və bütün istiqamətlərdə layihələri əhatə edirik", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti