Xankəndi. Trend:
Şuşa, Ağdərə, Xocavənd və Xocalı rayonlarında ümumən 2700 fərdi yaşayış evini əhatə etməklə, 25 kəndin daşıyıcı və kənddaxili paylayıcı qaz şəbəkəsinin bərpası və yenidən qurulması nəzərdə tutulub.
Trend-in yerli müxbiri xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktorunun birinci müavini Nail Abdullayev Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi Qrupunun iclasında deyib.
O bildirib ki, artıq qeyd olunan işlərə köç qrafikinə uyğun olaraq başlanılıb.
