...

13 nəfər abituriyent imtahan qaydalarını pozduğu üçün xaric olunub

Cəmiyyət Materials 11 İyun 2025 14:39 (UTC +04:00)
13 nəfər abituriyent imtahan qaydalarını pozduğu üçün xaric olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 54246 abituriyentdən (II qrup üzrə 25960 nəfər, III qrup üzrə 28286 nəfər) 2018 nəfər (II qrup üzrə 1296 nəfər, III qrup üzrə 722 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti