...

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Günü münasibətilə mərakeşli pianoçunun konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 11 İyun 2025 19:45 (UTC +04:00)
Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Günü münasibətilə mərakeşli pianoçunun konserti keçirilib (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Günü münasibətilə mərakeşli pianoçunun konserti keçirilib.

Trend xəbər verir ki, Skarllatidan Benabdejalilə qədər uzanan proqram çərçivəsində klassik musiqiyə həvəs göstərən Azərbaycanlı və beynəlxalq tamaşaçılar XVII–XXI əsrləri əhatə edən klassik musiqi irsinin, o cümlədən Azərbaycanlı və Mərakeşli bəstəkarların nümunəvi əsərlərini yenidən və ya ilk dəfə kəşf etmək imkanı qazandılar.

Konsert Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Gününə həsr olunaraq Bakının nüfuzlu Beynəlxalq Muğam Mərkəzində təşkil olundu. Bu musiqi gecəsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşəkkülündə mühüm rol oynamış, bu sahədə fədakarlıqla çalışmış və zəngin tarixi ilə seçilən Mərakeş Krallığının mövqeyini bir daha ön plana çıxarmağa imkan etdi.

Unikal Mərakeş kimliyinin beşiyi olan bu ölkə, əsrlər boyu Amazix, Finikiya, Roma, Afrika, Şərq, Aralıq dənizi və Avropa sivilizasiyalarının qovuşma nöqtəsi olaraq mədəniyyətlərin sinerjiyə və qarşılıqlı bənzərsizlik modeli formalaşdırmışdır.

Mərakeşin Azərbaycandakı səfiri cənab Adil Embarch çıxışı zamanı bu Günün əhəmiyyətini vurğulayaraq, Qüdsahəzrət Kralın – Ulu Tanrı önündə bu dəyərlərin müdafiəsi üçün Mərakeş Krallığının mədəniyyətləri və dinlərarası qarşılıqlı anlaşmanın təşviqinə və sivilizasiyalar arasında sülhə sadiq qaldığını bildirdi. Səfir çıxışında, Mədəniyyətlərarası Sivilizasiyalar üzrə Beynəlxalq Mərkəzin yaradılması təşəbbüsünün önəmini vurğuladı.

Səfir, həmçinin, Mərakeş musiqisinin zənginliyini və dərinliyini və özünəməxsusluğunu vurğulayaraq bu musiqinin milli kimliyimizi, tarixi mirasımızı, klassiklərimizi və ənənəvi musiqimizi birləşdirən çoxsaylı ünsürləri özündə cəmlədiyini qeyd etdi.

Bakı səhnəsində təqdim olunan bu konsert proqramı, Azərbaycan ilə Mərakeş arasında mövcud olan mədəni əlaqələrin inkişafına töhfə verən, eyni zamanda Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında musiqi mübadilələrinin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Tədbirdə Azərbaycan rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri, eləcə də mədəniyyət və media sahəsinin tanınmış simaları iştirak ediblər.

Kenitra şəhərində anadan olmuş Mahmoud El Moussaoui Mərakeş klassik musiqi səhnəsinin gənc nümayəndələrindən biridir. O, musiqi təhsilinə doğma şəhərinin konservatoriyasında başlamış, daha sonra Fransada ali və peşəkar musiqi təhsilini davam ediblər.

Xəbər lenti

Xəbər lenti