...

Misirin "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycandan bəhs olunub

Cəmiyyət Materials 13 İyun 2025 16:46 (UTC +04:00)
Misirin "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycandan bəhs olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Misirdə sosial şəbəkələrdə fəaliyyət göstərən "Hala Podcast" kanalında "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycan haqqında danışılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, "Azərbaycanı kəşf et!" layihəsinin rəhbəri Sədaqət Əliəşrəf verilişdə Azərbaycanın təbliği məqsədilə mədəniyyətimiz, adət-ənənələrimiz və milli mətbəximiz haqqında məlumat verib. Soydaşımız Azərbaycanda martın 21-də Novruz bayramının qeyd olunmasından danışıb, bayram xonçasını nümayiş etdirib. O, həmçinin bayramda hazırlanan müxtəlif növ təamlardan danışıb.

Verilişi bu linkdən izləmək mümkündür: https://youtu.be/8utb-yfsQOY?si=BsfRPvx5WZSkYN-J

Məqalədə:
Xəbər lenti

Xəbər lenti