...

Ölkənin cənub sərhədlərində radiasiya fonu mütəmadi olaraq ölçülür – FHN

Cəmiyyət Materials 14 İyun 2025 01:06 (UTC +04:00)
Ölkənin cənub sərhədlərində radiasiya fonu mütəmadi olaraq ölçülür – FHN
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca, o cümlədən Naxçıvan Muxtar Respublikasında 30 məntəqədə xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr aparılıb.

Trend xəbər verir ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkarlanmayıb. Bu proses mütəmadi olaraq davam etdirilir.

Bundan əlavə, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarət məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatik stansiyaları fəaliyyət göstərir. Bu stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır.

Hazırda havada hər hansı çirklənmə qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti