...

Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür (FOTO)

Cəmiyyət Materials 20 İyul 2025 14:05 (UTC +04:00)
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Həftə sonları istirahət məqsədilə Bakı çimərliklərinə üz tutanların sayında kəskin artımı nəzərə alaraq, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sahilboyu ərazilərin təmizliyi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməkdədir.

Departamentdən Trend-ə verilən məlumata görə, çimərliklərdə tullantı konteynerlərinin sayı artırılıb və yeni məişət tullantıları meydançaları salınıb.

Qeyd edilib ki, təmizlik işçiləri Bakıdakı bütün çimərliklər üzrə gücləndirilmiş iş rejiminə keçib və fasiləsiz olaraq çalışırlar.

Bundan əlavə, istirahət üçün çimərliklərə üz tutan vətəndaşlar arasında maarifləndirmə işləri aparılır, ətrafa atılan tullantıların həm insan sağlamlığına, həm də ekoloji mühitə mənfi təsirləri ilə bağlı məlumat verilir.

Baki şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bir daha sakinlərə müraciət edərək tullantıların müəyyən edilmiş xüsusi yerlərə atılmasını xahiş edir.

Xəbər lenti

Xəbər lenti