...

Bu ilin ilk altı ayında 17 049 cinayət qeydə alınıb

Cəmiyyət Materials 24 İyul 2025 16:02 (UTC +04:00)
Bu ilin ilk altı ayında 17 049 cinayət qeydə alınıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci yarımilində ölkə ərazisində 17 049 cinayət qeydə alınmaqla onların 90,2 faizinin açılması təmin edilib.

Trend xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Geniş Kollegiya iclasında məlumat verilib.

Məlumata görə, ümumilikdə ölkə üzrə cəmi 7 477 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan 536-sı prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5 839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti