...

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib

Cəmiyyət Materials 2 Avqust 2025 18:01 (UTC +04:00)
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti