...

Mina təhlükəsinin aradan qaldırılması, ekoloji reabilitasiya istiqamətində ciddi addımlar atılır – Elçin Yusubov

Cəmiyyət Materials 4 Avqust 2025 13:27 (UTC +04:00)
Mina təhlükəsinin aradan qaldırılması, ekoloji reabilitasiya istiqamətində ciddi addımlar atılır – Elçin Yusubov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Xankəndi. Trend:

Müsbət tendensiyalarla yanaşı, işğal dövründə ərazilərimizdə yaradılan və həlli uzun illər tələb edəcək ciddi problemlər də var. Ən ciddi problemlərdən biri mina təhlükəsidir.

Trend xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində deyib.

E.Yusubov vurğulayıb ki, Vətən müharibəsindən bu günədək 400-ə yaxın mülki və hərbi şəxs mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb.

“Eyni zamanda, ekoloji mühitin pozulduğunu xüsusi vurğulamaq lazımdır. İşğal dövründə təbii ehtiyatlarımız – çaylarımız, meşələrimiz, torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib, təbii balans pozulub, ətraf mühitə bərpaolunmaz ziyan vurulub.

Azərbaycan bu problemlərin həllini prioritet istiqamətlər kimi müəyyənləşdirib və hazırda həm mina təhlükəsinin aradan qaldırılması, həm də ekoloji reabilitasiya istiqamətində ciddi addımlar atılır”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti