Bakı. Trend:
Elçin Əfəndiyevin kinematoqrafiya sahəsində misilsiz xidmətləri olub.
Trend xəbər verir ki, bunu Xalq yazıçısı Elçin Əfəndiyevin dəfnində Orxan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, Elçin Əfəndiyevin ədəbi mirası akademik tərzdə araşdırılmalıdır:
"Elçin Əfəndiyevin Azərbaycan mentallığının, milli yaddaşının bərpa olunmasında, Azərbaycan obrazlarının yaranmasında, hissiyyatı duyan, sevən insanların Azərbaycan hekayələrində ədəbiyyata gətirilməsi zəminində xüsusi rolu, yeri var".
"Elçinin yeri əbədi görünəcək, o, Azərbaycan ədəbiyyatının sütunlarından biridir. 20-ci əsrdə, 21-ci əsrdə ədəbiyyatın sütunu olmaq asan məsələ deyil. Çünki klassik nəsri olan ədəbiyyatında yeni söz demək çox çətindir".