...

Ötən ay hava iqlim normasından 1.8 dərəcə yüksək olub

Cəmiyyət Materials 5 Avqust 2025 17:41 (UTC +04:00)
Ötən ay hava iqlim normasından 1.8 dərəcə yüksək olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.3-5.3 dərəcə), 4 gün isə normadan aşağı (0.2-2.4 dərəcə) olub. İyul ayının orta aylıq temperaturu 28.0 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yüksəkdir.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39.1 dərəcə isti, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Havanın minimal temperaturu isə iyulun 10-da Bakıda və Abşeron yarımadasında 18.7 dərəcə isti (Binə), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4.8 dərəcə isti (Şahdağ) qeydə alınıb.

“İyul ayının əsasən birinci ongünlüyündə əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Dağlıq Şirvan zonasına (Şamaxı 25.6 mm), Bakı və Abşeron yarımadasına (Bakı 9.6 mm) düşüb.”

N. Mahmudov qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 5 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 19 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti