...

Metroda doğulan körpənin və anasının vəziyyəti açıqlandı (YENİLƏNİB)

Cəmiyyət Materials 8 Avqust 2025 09:58 (UTC +04:00)
Metroda doğulan körpənin və anasının vəziyyəti açıqlandı (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

TƏBİB-dən Trend-ə bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub.

"Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda deyilir.

xxx

08:49

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

Xəbər lenti

Xəbər lenti