...

Müdafiə Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Cəmiyyət Materials 11 Avqust 2025 13:22 (UTC +04:00)
Müdafiə Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

11-15 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki "Gödəkburun" təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - xəbərdarlıqda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti