...

Ağdamda 4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur

Cəmiyyət Materials 12 Avqust 2025 14:56 (UTC +04:00)
Ağdamda 4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam.Trend:

4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur. Burada 10 kvartal üzrə 64 bina olacaq.

Bu barədə Trend-ə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

O bildirib ki, 24.12.2023- cü il tarixində cənab prezidentin Ağdam şəhərinə növbəti səfəri zamanı şəhər ərazisində 4-cü və 5-ci yaşayış məhəllələrinin təməlini qoyub:

“Onlardan 47-i yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır. 4-cü yaşayış məhəlləsində 4450 nəfərdən ibarət 1080 ailənin məskunlaşdırılıması nəzərdə tutulur. Bu məhəllədəki binalarda 48 ədəd 1 otaqlı, 356 ədəd 2 otaqlı, 474 ədəd 3 otaqlı və 202 ədəd 4 otaqlı mənzillər olacaq. Bundan əlavə bu yaşayış məhəlləsində də yerüstü və yeraltı avtomobil dayanacağı yaradılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti