...

"Qırmızı Körpü” gömrük postunda gözləyən avtomobillərin sayı açıqlandı

Cəmiyyət Materials 12 Avqust 2025 18:05 (UTC +04:00)
"Qırmızı Körpü” gömrük postunda gözləyən avtomobillərin sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 44, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 85 yük maşını var.

Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 35-dir.

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

Xəbər lenti

Xəbər lenti