...

COVİD-19 pandemiyası icbari tibbi sığortaya keçidi çətinləşdirdi - Əhliman Əmiraslanov

Cəmiyyət Materials 30 Oktyabr 2025 11:15 (UTC +04:00)
COVİD-19 pandemiyası icbari tibbi sığortaya keçidi çətinləşdirdi - Əhliman Əmiraslanov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

COVİD-19 pandemiyası icbari tibbi sığortaya keçidi müəyyən qədər çətinləşdirdi, lakin hazırda sistemin geniş əhatə darəsi var.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”in açılış mərasimində deyib.

O bildirib ki, əvvəlki dövrlərdə maddi-texniki baza və ölkənin iqtisadi vəziyyəti səbəbindən icbari tibbi sığortaya keçid mümkün deyildi.

"Sonrakı illərdə yeni klinikaların yaradılması və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi bu keçidi reallaşdırmağa imkan verdi. Biz əvvəlki qaydalarda və bir çox qanunlarda dəyişikliklər etdik və nəticədə icbari tibbi sığortanı tətbiq etdik"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti