...

Bu ilin sonuna kimi Abşeron Çağrı Mərkəzi qurulacaq

Cəmiyyət Materials 30 Oktyabr 2025 11:47 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-cı ilin sonuna kimi Abşeron Çağrı Mərkəzi qurulacaq.

Trend xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktorunun müşaviri Elşad Məmmədli
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - “Medinex 2025”də deyib.

O bildirib ki, ilin sonuna qədər yeni proqram təminatının Abşeron Çağrı Mərkəzində qurulması və tətbiqi prosesi bitəcək.

"Rayon TTTY stansiyalarında çağrı xidmətinin keyfiyyəti artırılır. 2026-cı ilin ilk yarısında rayon TTTY stansiyalarındakı koordinatorların yeni proqram təminatına uyğunlaşdırılması prosesi yekunlaşacaq. Həmçinin 2026-cı ilin sonuna qədər ölkənin bütün ərazisində regional çağrı xidmətinin qurulması prosesi yekunlaşır", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti