...

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov İranın Azərbaycandakı səfiri ilə görüşüb

Cəmiyyət Materials 3 Noyabr 2025 14:51 (UTC +04:00)
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov İranın Azərbaycandakı səfiri ilə görüşüb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti