...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 10 Noyabr 2025 12:03 (UTC +04:00)
Sabah hava necə olacaq?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti