...

"WUF13"ün milli koordinatoru Anar Quliyev Braziliyanın şəhərlər naziri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2025 10:39 (UTC +04:00)
"WUF13"ün milli koordinatoru Anar Quliyev Braziliyanın şəhərlər naziri ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının milli koordinatoru Anar Quliyev, Belen şəhərində keçirilən COP30 çərçivəsində Braziliyanın şəhərlər naziri Jader Filho ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə forumun rəsmi "X" hesabında paylaşım edilib.

Görüşdə davamlı şəhər transformasiyası və iqlimədavamlı şəhər planlaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Anar Quliyev Braziliya tərəfini COP30-un uğurlu təşkilinə görə təbrik edib və onları 2026-cı ildə Bakıda keçiriləcək "WUF13"də iştirak etməyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti