Bakı. Trend:
Sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.
Qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.
