...

Azərbaycanda İİV-ə yoluxan şəxslərin təxminən 30%-i xarici ölkələrdə yoluxub - Mərkəz direktoru

Cəmiyyət Materials 1 Dekabr 2025 12:26 (UTC +04:00)
Azərbaycanda İİV-ə yoluxan şəxslərin təxminən 30%-i xarici ölkələrdə yoluxub - Mərkəz direktoru
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Respublika üzrə İİV-ə yoluxmuş şəxslərin 26%-i Bakı şəhərində qeydiyyata alınıb. Sumqayıt, Şirvan, Hacıqabul, Gəncə və bir sıra digər rayonlarda da İİV-ə yoluxmuş şəxslərin qeydə alındığı ərazilər mövcuddur.

Trend xəbər verir ki, bunu bu gün Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfrans çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hansı regionda İİV-lə bağlı dəyişikliklər müşahidə olunursa, həmin ərazilərdə profilaktik proqramlar daha da gücləndirilir və bu istiqamətdə daha intensiv işlər aparılır.

“Bütün dünyada İİV infeksiyasına yoluxmada ən həssas yaş qrupu 25–49 yaş aralığıdır. Bu dövr həm reproduktiv, həm də daha çox miqrasiya fəaliyyəti ilə əlaqədar aktiv yaş dövrüdür. Ölkəmizdə İİV-ə yoluxan şəxslərin təxminən 30%-i isə xarici ölkələrdə yoluxub”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti