...

Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi var? - AÇIQLAMA

Cəmiyyət Materials 1 Dekabr 2025 12:42 (UTC +04:00)
Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi var? - AÇIQLAMA
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan məktəblərində kompüter və internet təminatı ilə bağlı problem yoxdur.

Bunu Trend-ə açıqlamasında Elm və Təhsil Nazirliyinin müavini Həsən Həsənli bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələrində İT sahəsi üzrə ixtisasların artırılmasına xüsusi diqqət yetirir:

“Ölkəmizin aparıcı universitetlərində bu ixtisasa artıq böyük maraq var. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızın güclənməsinə xidmət edəcək. Bu sahənin inkişafı Azərbaycanın iqtisadi-coğrafi məkanda öz sözünü deməsinə gətirib çıxaracaq.

2000-2022-ci illər strategiyasına əsasən çox sayda məktəb internet və kompüterlə təmin edilib. Bu gün Azərbaycan məktəblərində kompüter və internetlə bağlı problem yoxdur. Müəllimlərin işə qəbul və sertifikasiya imtahanları zamanı bu inkişaf etmiş şəbəkə bizə böyük kömək edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti