...

Naxçıvan Səhiyyə Nazirliyinə YENİ TƏYİNAT (YENİLƏNİB)

Cəmiyyət Materials 1 Dekabr 2025 14:58 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

Trend xəbər verir ki, sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

xxx

14:53

Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclasında Naxçıvan Muxtar Respublikası səhiyyə naziri işdən azad edilib.

Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, o, 2024-cü ildə Azərbaycan Respublikası,Naxçıvan Muxtar Respublikası səhiyyə naziri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti