...

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişiklik edilib

Cəmiyyət Materials 1 Dekabr 2025 17:37 (UTC +04:00)
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişiklik edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılmalıdır.

Həmçinin, təsərrüfat və məişət xidməti işlərini yerinə yetirmək üçün məhkumların seçilmə qaydası açağıdakı kimi olacaq:

Məhkumlar təsərrüfat və məişət xidməti işlərinə yalnız Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən verilən və yerinə yetirilməsi nəzərdə tutulan işlərin görülməsinə yararlı olmalarını təsdiq edən sağlamlıq haqqında tibbi arayış əsasında cəlb edilə bilərlər. Obliqat qruplara aid məişət xidmətinə cəlb edilmiş məhkumlar dövri olaraq ildə 2 dəfə müvafiq tibbi müayinələrdən keçirilməlidirlər.

Təsərrüfat və məişət xidməti işlərinə məhkumlar müvafiq xidmət sahələrinin rəisləri tərəfindən əməliyyat xidməti ilə razılaşdırılmaqla seçilir. Müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə seçilən məhkumların siyahısı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı həmin müəssisələrə keçirilən şəxslərin siyahısı isə PX tərəfindən Azərbaycan Respublikasının ədliyyə naziri ilə razılaşdırılır.

Məhkumlar müəssisənin təsərrüfat və məişət xidməti işlərinə cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə təyin olunur və əmrdən çıxarışlar onların şəxsi işlərinə əlavə olunur.

Müalicə müəssisələrində məhkumların müayinə və müalicə dövründə təsərrüfat və məişət işlərinə cəlb edilməsinə yol verilmir. Müayinə və müalicəsi başa çatmış məhkumların müraciətlərinə əsasən onlar müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə cəlb olunurlar.

Təsərrüfat və məişət xidməti işlərinə cəlb olunmuş məhkumlar bir dəstəyə ayrılırlar. Onların vəzifələri müvafiq xidmət sahələrinin rəisləri tərəfindən müəyyənləşdirilir.

Yataqxana tipli adi yaşayış binaları (kameralar) üzrə növbətçilik edən məhkumların vəzifələri bu Qaydalarla müəyyən edilir.

Məlumat üçün bildirək ki, qərar 2025-ci il noyabrın 28-də qəbul edilib, dekabrın 1-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib və dekabrın 2-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti