Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində XTQ-nin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə hərbi vəzifəlilərlə sinif məşğələləri
təşkil edilib, onlara nizamnamələr və təhlükəsizlik qaydaları
öyrədilib. Daha sonra təlim mərkəzində iştirakçılarla fiziki
hazırlıq, taktiki-xüsusi hazırlıq və kəşfiyyat hazırlığı üzrə
məşğələlər yerinə yetirilib.
Qeyd edək ki, təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılan
hərbi vəzifəlilərin döyüş hazırlığının yüksəldilməsi, onlara yeni
hərbi biliklərin öyrədilməsi, eləcə də praktiki vərdişlərinin
təkmilləşdirilməsidir.
