...

Süni intellektin etik və məsuliyyətli istifadəsi üçün hüquqi baza hazırlanır - Nazir müavini

Cəmiyyət Materials 2 Dekabr 2025 11:01 (UTC +04:00)
Süni intellektin etik və məsuliyyətli istifadəsi üçün hüquqi baza hazırlanır - Nazir müavini
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ölkəmizdə süni intellektin inkişafı üçün hüquqi-normativ baza və konseptual çərçivə müəyyən edən Süni İntellekt Strategiyası qəbul edilib.

Trend xəbər verir ki, bu fikirləri bu gün ASAN xidmətin ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış tədbirindəki çıxışında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, strategiyanın əsas istiqamətləri süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi, məlumat (data) bazalarının və infrastrukturun qurulması, süni intellekt sahəsində istedad və bacarıqların artırılması, həmçinin əlverişli biznes mühitinin yaradılmasıdır:

"Süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətli şəkildə istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanır. Bu hüquqi tənzimləmələr, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetirərək, süni intellektdən istifadə proseslərini optimallaşdıracaq. Burada xüsusilə qeyd etmək lazımdır ki, hüquqi çərçivənin məqsədi süni intellektin inkişafını məhdudlaşdırmaq deyil, əksinə, onun əsasında ölkədə rəqəmsallaşmanı hərtərəfli dəstəkləməkdir".

O vurğulayıb ki, cari ildə ölkəmizdə süni intellekt sahəsində ilk dövlət standartlarının qəbuluna başlanılıb.

"Yeni standartlar, süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunmasını, etik prinsiplərə riayət edilməsini və şəffaflığın təmin edilməsini nəzərdə tutur. Həmçinin, süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanması və davamlı təkmilləşdirilməsi ilə bağlı ən müasir alqoritmləri və yanaşmaları əhatə edir", - deyə nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti