Bakı. Trend:
Dekabrın 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 2-si saat 16:00-a olan məlumatına əsasən
ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava davam edir. Belə ki,
Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir
yağış yağır. Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək
dağlıq ərazilərində qar yağması müşahidə olunur.
Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad,
Hacıqabulda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək
məhdudlaşır.
