Bakı. Trend:
Azərbaycanda çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi müayinəsi üçün yeni prosedur təsdiqlənib.
Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, çağırışaqədər yaş həddində olan vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən tibbi və psixoloji müayinədən keçəcək.
Belə ki:
-
Tibbi və psixoloji müayinə: Vətəndaşlar və çağırışçılar ilkin qeydiyyata alınarkən tibbi və psixoloji müayinəyə cəlb olunacaqlar. Müddətli həqiqi hərbi xidmətə çağırılacaq şəxslər çağırışdan 2 ay əvvəl mütləq tibbi müayinədən keçiriləcək.
-
Elektron məlumatlaşma: Çağırış vərəqəsi elektron kabinet vasitəsilə göndərilir. Vətəndaş və ya qanuni nümayəndəsi SMS və ya digər vasitələrlə məlumatlandırılır.
-
Əlilliyi olan şəxslər: Onların tibbi qərarları Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) məlumatları əsasında qəbul ediləcək; zərurət yaranarsa əyani müayinə keçiriləcək.
-
Əlavə müayinə və müalicə: Tibbi nəticələrə əsasən əlavə ambulator və ya stasionar müayinələr və müalicə üçün göndərilmə mümkündür. Xərclər dövlət büdcəsi və ya tibbi sığorta hesabına qarşılanacaq.
Qeyd edək ki, yeni qaydalar çağırışaqədər yaş həddində olan vətəndaşların tibbi xidmətlərdən düzgün və şəffaf şəkildə keçməsini təmin edəcək.
